“HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsraildən ciddi təkliflər almayıb”. Yeniavaz.com xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Hussam Badran “Əl-Cəzirə” telekanalına şərhində bildirib. “İsrail girov məsələsi ilə bağlı ciddi və real təkliflərlə çıxış etməyib. Yəhudi hakimiyyət orqanları Qəzzada saxlanılan israillilərin manevr edib ailələrini çaşdırmağa çalışır”, - məlumatda deyilir. Badranın sözlərinə görə, HƏMAS-ın prioriteti anklava qarşı təcavüzü dayandırmaqdır: “Yalnız bu məqsədə çatdıqdan sonra hərəkat bütün digər məsələlər haqqında danışa biləcək”.