Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib. Bu barədə səfirliyin “X” hesabında yazılıb. Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər. Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını “consul_ankara@mission.mfa.gov.az” elektron poçt ünvanına göndərməlidirlər.