“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolts bildirib.
“Putin hələ də Ukraynanı hərbi yolla diz çökdürməkdə qərarlıdır. Rusiya Prezidenti Ukraynaya beynəlxalq dəstəyin azalacağına inanır. Bu hesablamanın işə yaraya biləcəyi təhlükəsini isə istisna etmək olmaz”, - o qeyd edib.