Sülh sazişinin detalları yayıldı:
Ermənistan mediası sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürüb.

“Hraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara istinadən müəyyən detalları dərc edib.

Nəşr iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir: “Yəni Ermənistanın 29800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq”.

Nəşr yazır ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir.

“1974-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır”, - nəşr yazır.

Ermənistan parlamentinin müxalif deputatları Qeqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan ötən həftə sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olub. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürür. Qeqam Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, “təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və qorxuları gücləndirdi”.

Qeyd edək ki, Ermənistan sərhədin delimitasiyasını öz xeyrinə həll etmək istəyir. Lakin ötən əsrin əvvəlində Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan SSRİ dövründə də ərazilərimizi zəbt edib. Sovetlər dövründə Azərbaycan əraziləri otlaq və əkin sahələri adı altında Ermənistana “bağışlanırdı”. Azərbaycan delimitasiya prosesində bu tarixi ədalətsizliyi bərpa etmək niyyətindədir.

Mənbə: Publika.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti