Rusiya lideri Putini Aİ liderlərinin dekabr sammitindən sonra maraqlı sürpriz gözləyir. Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı danışıqlar dekabr sammitindən sonrakı görüşə -marta qədər təxirə salınacaq. Avropa Komissiyasının yazda rəsmi Kiyevin üzvlüyə namizədliyi ilə bağlı məruzəsinə hazırlıq gedir. Dekabr sammiti isə klassik kompromiss vədləri ilə bitəcək. Beləliklə, Putin Brüsseldən bundan yaxşı Yeni il hədiyyəsi gözləyə bilməz. Gələn il həm Avropa, həm ABŞ-da seçkilər olacaq, bunlar Rusiya üçün Ukrayna məsələsində vacib məqamlardır. Kiyev isə kompromisdən ağrılı məyusluq keçirə bilər. Qərb mətbuatı son 2 ayda ABŞ və Avropanın Ukrayna müharibəsindən yorulması barədə yazılar yazır.