“Qəzza zolağında baş verən qırğınlarda ABŞ və Prezident Co Bayden şəxsən günahkardır”.
“Qafqazinfo” “Al Mayadeen” nəşrinə istinadən xəbər verir ki, bunu HƏMAS liderlərindən biri Usama Hamdan deyib.
Hamdan Fələstin xalqına qarşı təcavüzü dayandırmaq üçün Vaşinqtona təzyiq göstərməyə çağırıb.
Bundan əlavə, hərəkatın nümayəndəsi İsraili Qəzza zolağından əcnəbilərin təxliyəsi ilə bağlı razılaşmanı pozmaqda ittiham edib. O, Rəfah keçidinin açılmasına çağırıb və həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatından öz işçilərinin yaralı fələstinliləri daşıyan təcili yardım ekipajlarını müşayiət etməsini istəyib.