HƏMAS-ın arxasındakı gücü açıqladı –
“HƏMAS-ı qızışdırıb İsrailin üstünə göndərən İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”dur (SEPAH)”.

Bunu Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Onun iddiasına görə, bu savaşda konkret hədəf Türkiyədir. Ekspert qeyd edib ki, bu səbəbdən Türkiyə strateji olaraq soyuqqanlı və təmkinli hərəkət etməlidir.

Ağar vurğulayıb ki, bu, İsrail və HƏMAS arasındakı müharibə kimi görünsə də, məsələ belə deyil:

“Bu savaş İsraillə HƏMAS-dan istifadə edənlər arasında gedir. Bu mərhələdə Ərəb-İsrail yaxınlaşması, IMEC dəhlizi, yəni Hindistan – Bəsrə körfəzi – Səudiyyə Ərəbistanı – İordaniya – İsrail – Şərqi Aralıq dənizi – Avropa xətti zibil qutusuna atıldı. Eləcə də ABŞ-ın Səudiyyə Ərəbistanı ilə İsraili yaxınlaşdırmasına alternativ olaraq, Çinin Ər-Riyada bir sıra təhlükəsizlik vədləri verərək İranla yaxınlaşdırması səyləri pozuldu. Bunlarla yanaşı, bir çox məsələlər də var. Məsələn, Türkiyə-İsrail münasibətlərinə təsir etmək. Türkiyə bu nöqtədə son dərəcə sakit hərəkət etməlidir. Bu durum qəsdən cızılır, açıq deyirəm ki, gördüklərimin arxasında “Qüds” briqadası, İsmayıl Qəni, yəni İranın “İnqilab Keşikçiləri” dayanır.

Məsələ Qəzzə ilə məhdudlaşacaq, yoxsa İordan çayının qərb sahilinə sıçrayacaq? Livan hansısa yolla işə qarışacaqmı? Asimetrik müharibə, yəni vəkalət savaşı Suriya və İraqdakı şiə yaraqlıları vasitəsilə davam edəcəkmi? Yəni bu, İsraillə İran arasında müharibəyə çevriləcəkmi və bütün coğrafiyanı bürüyəcəkmi? Bununla bağlı böyük risk var.

Bir daha vurğulayıram; bu müharibənin konkret hədəfi Türkiyədir. Bunu niyə deyirəm? Baxın, Ukrayna-Rusiya müharibəsində balans siyasəti və strategiyası hazırlamışıq. Bunun nə qədər çətin olduğunu gördük. Amma düzgün iş gördük. Çünki hər iki tərəfin hesablamaları, hiylələri, əsaslandırmaları, haqsızlıqları var. Türkiyə nə etdi? NATO üzvü olsa da, neytral mövqedə dayandı, balans siyasəti və strategiyasını izlədi, bununla da özünü qəbul etdirdi. İndi Türkiyənin daha mürəkkəb parametrlərin, insan faciələrinin, dini ehtirasların və həssaslığın, geosiyasi hiylə və tələlərin meydana çıxdığı nöqtədə son dərəcə soyuqqanlı və ağıllı hərəkət etməlidir. Strateji zehni inkişaf etdirmək lazımdır. Çünki Türkiyə son vaxtlar çox mühüm addımlar atıb. Bunlardan ən mühümlərindən biri İsraillə münasibətlərin yaxşılaşdırılması idi”./teleqraf.com
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

Dünyapress TV

Xəbər lenti