Ermənistan fil qulağında YATIR –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərindən qayıdan zaman jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.

Bu açıqlamadan bir qədər əvvəl verdiyi müsahibələrində isə Ərdoğan dəfələrlə Ermənistanı Zəngəzur dəhlizini açmağa səsləmişdi. Görünür, müsbət cavab almadığının nəticəsidir ki, Türkiyə Prezidenti sonda dəhlizin İrandan keçməsi məsələsini gündəmə gətirib.

Artıq 3 ildir ki, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən üçtərəfli razılaşmaya əsasən İrəvan Zəngəzur dəhlizini də açmalı idi. Həmin dəhlizə nəzarəti isə Rusiya sərhədçiləri həyata keçirməli idi.

Lakin İrəvan dəfələrlə bildirib ki, dəhlizə nəzarəti yalnız özü həyata keçirməkdə maraqlıdır.Digər tərəfdən, İran Zəngəzur dəhlizini özü üçün “qırmızı xətt” elan edərək, onun açılmasına qarşı çıxdığını bəyan edib.

Görəsən, dəhlizin İrandan keçməsi nə dərəcədə realdır?

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev alternativ variant olaraq İran yolunun da reallaşa biləcəyini istisna etməyib:

“44 günlük müharibədən dərhal sonra Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü. Həmin öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılması idi. Amma sonradan İrəvan həmin yola dəhliz statusu verməkdən çəkindi.

hlizi dalana dirənən kimi, İran Bakıya Araz çayı üzərindən alternativ təklif verdi.Digər tərəfdən, müxtəlif dövlətlər, ABŞ, Avropa Birliyi, Rusiya dəhlizlə bağlı öz maraqlarını diqtə etməyə çalışdı. Amma burada əsas dirəniş nöqtəsi İran oldu. İran birmənalı şəkildə bu dəhlizə qarşı çıxaraq, onu özü üçün “qırmızı xətt” elan etdi. Onun nəticəsidir ki, Zəngəzur də
Bu istiqamətdə müəyyən hərəkətlənmələr də oldu. Belə olan halda Ərdoğanın İran yolu variantının reallaşması fonunda prosesdən daha çox qazanan məhz Tehranın özü olacaq. Hesab edirəm ki, İran yolu variantı alternativ variant kimi reallaşa bilər.

İranı neytrallaşdırmaq, Zəngəzur dəhlizi məsələsində İranın dirənişinin qarşısını almaq üçün alternativ variant kimi həmin layihənin gerçəkləşməsi mühüm addım olardı”.

Ekspert qeyd edir ki, Ərdoğanın həmin təklifi Ermənistana mesajdır və ona Zəngəzur dəhlizini qəbul etdirmək məqsədi güdür:

Zəngəzur dəhlizi açılmasa, ən çox itirən İrəvan olacaq. O yenə də təcrid vəziyyətində qalacaq. Bu baxımdan İrəvan çalışmalıdır ki, Zəngəzur dəhlizi açılsın. Ərdoğanın İran yolu açıqlaması həm də İrəvanı ayıltmağa, başa salmağa hesablanmış addımdır.

Bununla Ərdoğan İrəvana bildirir ki, yolu İran üzərindən keçirməklə Zəngəzur dəhlizi olmadan da keçinə bilərik. Ərdoğan bu açıqlaması ilə İrəvana mesaj verdi ki, Zəngəzur dəhlizi Ermənistan üçün həyatı əhəmiyyət kəsb edən bir yoldur və ondan imtina ermənilərə xeyir verməyəcək”.
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır

Dünyapress TV

Xəbər lenti