ABŞ-ın Moskvadakı səfiri olan Lin Treysi Rusiyada həbs edilən "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviçə baş çəkib. Bu barədə səfir özünün Twitter hesabında məlumat yayıb. Səfir yazıb ki: “Bu gün mən Lefortovo istintaq təcridxanasında WSJ-nin müxbiri Evan Qerşkoviçə baş çəkdim. Evan iki həftə əvvəl haqsız yerə həbs olunduqdan sonra ilk dəfədir ki, onunla əlaqə saxlamışıq. Özünü yaxşı hiss edir və möhkəm tutur. Biz Evanın dərhal azad edilməsinə çağırışımızı bir daha təkrarlayırıq”.