Ermənistan Milli Konqresi spiker Alen Simonyanın istefasını tələb edir.APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, partiya Simonyanın istefası üçün ictimai müzakirələrin aparılmalı olduğunu açıqlayıb.Xatırladaq ki, Alen Simonyan Kanada vətəndaşı Karen Mkrtçyanın üzünə tüpürməklə qalmaqal yaratmışdı.Ermənistan Milli Konqresinin sədri ölkənin birinci prezidenti Levon Ter-Petrosyandır.