Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqları və işəgötürmə təşkilatlarının nümayəndələrini pensiya islahatlarını müzakirə etmək üçün görüşə dəvət edib.
Cebhe.info xəbər verir ki, bu barədə BFM telekanalı Prezidentə yaxın mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Konstitusiya Şurasının qərarının necə olacağından asılı olmayaraq Emmanuel Makron həmkarlar ittifaqları və işəgötürmə təşkilatlarının nümayəndələrini aprelin 18-də müzakirə üçün Yelisey Sarayına dəvət edib.
“Bu, Prezident və hökumətin yaxın həftələrdə sosial tərəfdaşlarla davam etdirəcəyi dialoq dövrünün başlanğıcı olacaq. Yeliseyin qapısı bu dialoq üçün ilkin şərt olmadan açıq qalacaq”, - mənbə deyib.