Şahzadə Harri mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək. Onun həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl isə uşaqları ilə birlikdə ABŞ-də qalacaq.
Bu barədə çərşənbə günü Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.
“Bukingem Sarayı Sasseks hersoqunun mayın 6-da Vestminster abbatlığında tacqoyma mərasimində iştirak edəcəyini təsdiqləməkdən məmnundur. Sasseks hersoginyası Şahzadə Arçi və Şahzadə Lilibetlə birlikdə Kaliforniyada qalacaq”, - məlumatda deyilir. Qeyd edək ki, 74 yaşlı III Çarlzın tacqoyma mərasimi II Elizabetin ölümündən səkkiz ay sonra, mayın 6-da Londondakı Vestminster abbatlığında 2 min nəfərin iştirakı ilə keçiriləcək.