Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya rəhbər təyin edib. Bakının bu gedişinin birdən çox məqsədi var: - beynəlxalq oyunçulara hərbi eskalasiyada yox, sərhədin müəyyən edilməsində maraqlı olduğunu göstərir; - danışıqların yeni raundunda delimitasiya tələbini ön plana çıxarmağa hazırlaşır; - delimitasiyanı (xəritələr üzərində) birtərəfli qaydada müəyyən edərək, növbəti görüşdə gündəliyə daxil edə bilər; ABŞ və Rusiya yeni görüşün keçirilməsi istiqamətində çalışır. Növbəti görüşün kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq, rəsmi Bakı sərhəd məsələsini aktullaşdıracaq. Bu, Laçın dəhlizinin Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması baxımından da vacibdir. Asif Nərimanlı Teref.az