Albaniyada televiziya binasına silahlı hücum olub: Ölən var - FOTOLARYaradılıb 28.03.2023 08:40 | Baxış sayı: 113Albaniyanın paytaxtı Tiranada yerli televiziya binasına silahlı basqın edilib.Bu barədə Tirana Regional Polis İdarəsindən açıqlama verilib.İdarədən bildirilib ki, dünən gecə naməlum şəxslər tərəfindən yerli televiziya binasına atəş açılıb. Nəticədə 60 yaşlı mühafizəçi həyatını itirib.Həmçinin hadisənin aydınlaşdırılması və cinayətkarların tutulması üçün araşdırmalara başlanıldığı da qeyd edilib.Albaniyanın baş naziri Edi Rama hadisə ilə bağlı “Twitter” hesabında paylaşım edib və ölən mühafizəçinin yaxınlarına başsağlığı verib. Facebook-da paylaş