Bu ölkədə insanlar ibadət üçün “Smart Religion” proqramında qeydiyyatdan keçməlidir
Çinin Henan əyalətinin səlahiyyətliləri inanclı insanları ibadət üçün “Smart Religion” proqramında qeydiyyatdan keçməyə məcbur edir.

“Fox News” xəbər verir ki, Henan, əsasən dünyəvi bir ölkənin ən dini əyalətlərindən biridir və Çinin ən görkəmli xristian icmalarından birinə ev sahibliyi edir.

Çinin insan haqlarını müdafiə edən “ChinaAid Qrupu”na görə, Henan əyalətinin dindarları dindaşları ilə görüşməzdən əvvəl hökumət formasını doldurmalı və ibadət yerlərini təsdiqləməlidirlər. Müraciət edənlər rezervasiya etməzdən əvvəl ad, telefon nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi, daimi yaşayış yeri, məşğuliyyət və doğum tarixi daxil olmaqla şəxsi məlumatları təqdim etməlidirlər. Kilsəyə buraxılanların hərarətləri ölçülməli və rezervasiya kodu göstərilməlidir.

Tənzimləmə sistemi dinindən asılı olmayaraq ibadət etmək istəyən bütün vətəndaşlar üçün məcburidir - vətəndaşlar kilsə, buddist məbədi, məscid və digərləri ilə mənsubiyyətlərini seçə bilərlər. Qaydalar Henan əyalətinin Etnik və Dini Məsələlər Komissiyası tərəfindən hazırlanıb.

Dünyapress TV

Xəbər lenti