Armstronqdan yarım əsr sonra –
Armstronqdan yarım əsr sonra – NASA yenidən Aya insan göndərəcək
“Anadolu Agentliyi” xəbər verir ki, bu barədə ABŞ-ın NASA kosmik agentliyinin direktoru Bill Nelson öz “Tvitter” şəbəkəsində məlumat verib.

NASA 50 ildən də çox fasilədən sonra yenidən Ay səthinə astronavtların göndərilməsi üçün tarixdə ən sanballı raketin inşasını başa çatdırmaq üzrədir.

Xatırladaq ki, amerikalı astronavt Nil Armstronq 16-24 iyul 1969-cu ildə E. Oldrin və M. Kollinzlə birlikdə "Apollon-11" gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçmuşdu. 20 iyul 1969-cu ildə Armstronq və Oldrin Ay kabinəsində Ayda "Sakitlik Dəniz"inə eniblər.

Armstronq ilk dəfə Aya ayaq basmış insandır. “Apollon-11” gəmisinin heyəti iyulun 24-də Yerə qayıtmışdı.
 

Dünyapress TV

Xəbər lenti