Rusiyanın Vıborq şəhərinin hava məkanında gecə saatlarında Sankt-Peterburq istiqamətində hərəkət edən naməlum obyekt görünüb.
Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, yerli vaxtla saat 22:30 radələrində hava hücumundan müdafiə sistemləri (HHM) 7 000 metr yüksəklikdə 200 km/saat sürətlə hərəkət edən “hava hədəfi” aşkarlayıb. Baş verənlərlə əlaqədar Vıborq üzərində səmada “rejim” siqnalı (Rusiya hava məkanını tərk etmək tələbi) elan edilib.
“Hava hücumundan müdafiə sistemləri nadir astronomik hadisəyə - Venera və Yupiterin yaxınlaşmasına reaksiya verə bilər. “Rejim” siqnalı planetlərin hərəkətinə görə tətbiq oluna bilər”, - deyə nəşrdə əlavə edilib.
Qeyd edək ki, Rusiya hava məkanında uçan naməlum obyektlərin görünməsi hələ təsdiqlənməyib.