Müsavat TV-nin Youtube kanalı haker hücumuna məruz qalıb.
Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu APA-ya deyib ki, saat 23 radələrində əvvəlcə kanalın bağlı olduğu email ünvanı ələ keçirilib. Daha sonra isə kanal ələ keçirilib və videolar silinməyə başlanılıb.
Rauf Arifoğlu deyib ki, bu, kanalın çökdürülməsinə hesablanmış sui-qəsddir: "Artıq Prezident Administrasiyası və DTX-ya müraciət edilib. Kanalın geri qaytarılmasına və kiber hücumu edənlərin aşkarlanmasına çalışırıq".