Azərbaycan və Ermənistan onlayn diplomatiyaya keçib, sülh mətni üzrə şərtlər də internet üzərindən ötürülür. Bunun müsbət yanı odur ki, tərəflər vasitəçi olmadan təmas qura, müzakirə apara bilirlər və bu, üçüncü qüvvələrin maraqlarını nəzərə almaq məcburiyyəti yaratmır, hıəmçinin, normallaşma prosesini sürətləndirə bilər. Lakin Ermənistan hakimiyyətinin sərgilədiyi mövqe fonunda mənfi tərəfi də var. Rəsmi İrəvan intensiv şəkildə danışıqları təhrifetmə ilə məşğuldur. Vasitəçilərlə danışıqlarda ən azı “şahid” olur, birbaşa təmaslarda yalan tirajlama imkanları daha çoxdur. Misal üçün, Bakının hansısa şərtini “qulaqardına” vurmaq üçün lazım olanda “məktub çatmadı” taktikasından istifadə edə bilərlər.