Artıq Azərbaycana mobil telefon gətirən hər bir şəxs yeni qaydalara riyaət etmək məcburiyyətindədir. Çünki qaydalara riyaət etməyənlər həm xərclədikləri pulu itirə, həm də əlavə olaraq cərimə oluna bilərlər.

Məsələ ondadır ki, fevralın 15-dən etibarən yeni qaydalar qüvvəyə minib. Pressklub.az xəbər verir ki, bu qaydalara görə şəxsi istifadə məqsədilə gətirilən istənilən mobil telefon gömrük orqanlarında bəyan edilməlidir. Əks təqdirdə, bəyan edilməyən telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bununla bağlı ötən aydan artıq Dövlət Gömrük Komitəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytlarında müvafiq bildirişlər göstərilir.

Azərbaycan Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli qərarına əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir. Lakin bugünədək müəyyən yayınma halları mövcud idi. Bu gündən isə bəyan edilməyən və rüsumu ödənilməyən mobil cihazların ölkə daxilində İMEİ qeydiyyatı həyata keçirilməyəcək.

Qeyd edək ki, ölkəyə gətirdiyiniz məhsul 800 dollardan baha olarsa, qiymətdən 800 dollar çıxmaqla yerdə qalan məbləğ üçün 36 faizədək rüsum ödənilicək.

Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsində etdiyi dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsini dəyişdirənlər 12 min manatadək cərimələnəcək.

Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.
 

Dünyapress TV

Xəbər lenti