Göydəki 1 milyard manatın yarısını yerə endirə bilmişik
"Azərkosmos” 10 illik fəaliyyəti dövründə “Azerspace-1”, “Azerspace-2” və “Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edildiyini açıqlayıb.
Hesablamalar göstərir ki, indiki kursla müqayisə etsək, üç peykin hazırlanması və kosmosa göndərilməsinə 1 milyard manat vəsait xərclənib.
Yəni, belə demək mümkünsə, göydə 1 milyard manatımız var. Belə çıxır ki, yarısını artıq qaytara bilmişik.
Peyklərin ömrü adətən 15 il hesablanır.
AzerSky1 peykinin ömrünün başa çatmasına 2-3 il qalıb.
Azerspace1 peykinin ömrünün başa çatmasına 5 il, Azerspace2 -nin isə kosmos qəbirstanlığına yola düşməsinə təxminən 10 il var.
Azərkosmos bu müddət ərzində qoyulan investisiyanın çıxarılacağı və xeyli gəlir götürəcəyini açıqlayıb.
Növbəti mərhələdə hansı tip yeni peyklərin hazırlanıb orbitə qaldırılacağı, hansı ölkələrlə bu istiqamətdə əməkdaşlıq ediləcəyi haqqında hələlik rəsmi açıqlamalar olmayıb.
Osman Gündüz
Teref.az

Dünyapress TV

Xəbər lenti