Hökumıt elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalıdır...
2022-ci ildə Azərbaycana 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub, ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 1 mlrd. 57 mln. 800 min dollar olub – yəni, ortalama hər avtomobilin qiyməti 14184 dollar olub. Maraqlı məsələ odur ki, saya görə 2022-ci ildə 2021-ci ilə nisbətən 13,1% az olsa da, dəyər ifadəsində 2022-də 2021-ci ilə nisbətən 18,2% çox artım olub. Bu o deməkdir ki, ölkəyə gətirilən avtomobillərın də ortalama qiyməti artıb. Ölkəyə 155,4 mln. dollarlıq 11337 ədəd hibrid, 17,7 mln. dollarlıq 486 ədəd sırf elektriklə işləyən maşın gətirilib. Elektriklə çalışan maşınların sayı keçən il 2021-ə nisbətən 3 dəfə artıb.
Ötən il elektriklə işləyən maşınlara rüsumlarla bağlı güzəşt elan edildi, amma son 3 ildə istehsal edilən maşınlara bu güzəştlər tədbiq edilir. Güzəşt elan olunan kimi ölkəyə gətirilən elektrikli avtomobillərin sayı kəskin artıb, amma dünya ölkələri ilə müqaisədə çox-çox azdır, cüzidir. Səbəbi də odur ki, 3 illik istehsal məhdudiyyəti məntiqsizdir – benzin/dizellə çalışan yeni avtobobillərə təşviq təyin etməyin məntiqi var, yeni avtomobillər ekoloji olaraq daha az zərərli olurlar. Amma elektriklə işləyən maşınlara belə yanaşma absurddur – 2010-cu il istehsalı elektrikli maşınla 2020-ci il istehsal tarixi olan elektrikli maşının ekoloji cəhətdən HEÇ BİR fərqi yoxdur. Hər ikisi elektriklə işləyir, hər ikisi ekologiyaya ziyan vurmur, çünki eyni TEXNOLOJİ məntiqlə çalışırlar. Ona görə də, hökumət elektrikli maşınlara tədbiq etdikləri 3 illik istehsal təşviqi msəsləsinə yenidən baxmalı, bu məsələ, ən azı son 10 il istehsal tarixi olan maşınlara tədbiq edilməlidir...
Natiq Cəfərli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti