Facebook administrasiyası ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarları tərəfindən Braziliyada təşkil edilmiş iğtişaşlara dəstək verən nəşrləri yığışdıracaq.
Bu barədə bazar günü Meta-nın sözçüsü Endi Stouna istinadən CNN məlumat yayıb. Onun sözlərinə görə, “bu hərəkətləri dəstəkləyən və ya təsdiq edən məzmun silinəcək. Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, – Facebook-un sözçüsü bildirib.
Xatırladaq ki, yanvarın 8-də sabiq prezident Bolsonaronun tərəfdarları ilə polis arasında toqquşma olub və ölkənin paytaxtında hökumət binalarında iğtişaşlar törədib. İlkin hesablamalara görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü bombalarından və gözyaşardıcı qaz qumbaralarından istifadə edib. 400-dən çox adam saxlanılıb.