Fransisk öldü, 900 illik kəhanət gündəmdə: - Sonuncu Papadır?
Papa Fransiskin ölümündən sonra “Papaların kəhanəti” kitabı yenidən gündəmə gəlib.

Kult.az xəbər verir ki, söhbət 1139-cu ildə İrlandiya arxiyepiskopu Müqəddəs Malakinin yazdığı iddia edilən kitabdan gedir.

1595-ci ildə Benediktin keşişi Arnold Vion tərəfindən Vatikanın məxfi arxivində aşkarlandığı iddia edilən kitabda 112 qısa və sirli cümlə var. Bu cümlələrin hər birinin tarixdəki müxtəlif papaların xüsusiyyətlərinə aid olduğu düşünülür. Kitabın son bölməsi sonuncu papa olan “Romalı Petrus (Pyotr)” ifadəsi ilə diqqət çəkir.

Bəzi şərhçilər hesab edirlər ki, kitabdakı “Romalı Petrus” ifadəsi Papa Fransiskdən sonra seçiləcək şəxsin simvolik adıdır. Digərləri isə Papa Fransiskin sağlamlıq vəziyyətinə görə bu titulu təmsil etdiyini və onun "sonuncu Papa" ola biləcəyini düşünür.

Kitabın fərqli şərhlərinə görə, dünyanın sonu 2027-ci ildə gələ bilər.

Bəzi tarixçilər və ilahiyyatçılar bu mətnin Müqəddəs Malaki tərəfindən yazılmadığını iddia edirlər; əksinə, 16-cı əsrdə papa seçkilərinə təsir etmək üçün yazılmış ola biləcəyi ehtimalını irəli sürürlər.
 

Dünyapress TV

Xəbər lenti