Astronomlar ilk dəfə olaraq ekzoplanetin atmosferində qloriya adlı optik hadisə aşkar ediblər. Bu barədə Astronomy & Astrophysics jurnalında dərc olunan məqalədə deyilir.Müşahidələr ESA-nın ExOplanet Cheops, eləcə də bir sıra digər ESA və NASA missiyaları tərəfindən aparılıb. Yerdən 637 işıq ili uzaqlıqda yerləşən super isti qaz nəhəngi WASP-76b-nin atmosferində qloriya əlamətləri aşkar edilib.Qloriya göy qurşağı halosuna bənzəyir və günəş işığının duman və ya buludları təşkil edən kiçik su damlaları ilə qarşılıqlı əlaqəsi nəticəsində yaranır. WASP-76b vəziyyətində işıq tamamilə homojen, lakin hələ məlum olmayan maddədən ibarət buludlardan əks olunur.WASP-76b Yupiterə bənzər super isti planetdir. Günəş sisteminin ən böyük planetindən 10 faiz az kütlə olsa da, ölçüsündən təxminən iki dəfə böyükdür. Merkurinin Günəşə olduğundan öz ulduzuna on iki dəfə yaxın olduğu üçün ekzoplanet güclü şüalanma ilə “şişir”. Onun gündüz tərəfinin temperaturu 2400 dərəcədir.