STM Texnoloji Düşüncə Mərkəzi ThinkTech 2023-cü ilin oktyabr-dekabr aylarını əhatə edən yeni Kiber Təhdid Vəziyyəti Hesabatını paylaşıb.
“Defence Technologies Engineering and Trade Inc.” (STM) mərkəzinin hesabatına görə, Rusiya ən çox kiberhücuma məruz qalan ölkələr arasında birinci yerdədir.
STM-nin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən hazırlanan hesabatda 8 fərqli mövzu yer alıb. Hesabatda təşkilatların kiber təhdidlərə qarşı müqavimətinin artırılmasında ön plana çıxan Kiber Dayanıqlılıq Qaydası, süni intellekt vasitəsi ChatGPT-yə edilən kiberhücumlar və dünyada ən çox kiberhücum edən ölkələr kimi mövzular yer alıb.
2023-cü ilin oktyabr, noyabr və dekabr aylarında STM-in honeypotlarında ümumilikdə 1 milyon 836 min hücum qeydə alınıb. Ən çox hücum edilən ölkə 227 minlə Rusiya olarkən, ABŞ 141 min hücumla ikinci yerdədir. Sonrakı yerləri Polşa, Estoniya, Ukrayna, Hindistan, Vyetnam, Sinqapur, Bolqarıstan və İran tutub. Mənbə: publika.az