Kosmosda bədbəxt hadisə baş verdi
Çərşənbə günü kosmosda bədbəxt hadisə baş verib. Beynəlxalq Kosmik Stansiyada (BKS) astronavtlar Rusiyanın “Progress MS-23” kosmik gəmisinin Yer atmosferində yüksək sürətlə yandığının şahidi olublar.

NASA tərəfindən “Progress 84” olaraq təyin olunan “Progress MS-23” kosmik gəmisi orbital forpostla birləşib. “Progress MS-23” yük gəmisi may ayında BKS-də dayanıb. O, özü ilə kosmonavtlar üçün yemək və avadanlıq kimi ləvazimatlar gətirirdi.

Ən maraqlısı o idi ki, kosmik stansiyadakı ekipaj da Rusiya kosmik gəmisinin yanmasının şahidi olub. Yer atmosferində atəşfəşanlıq partlayışına bənzəyən görüntülər ortaya çıxıb. Bundan əlavə, NASA astronavtı Jasmin Moghbeli kosmik gəminin son anlarının bəzi fotolarını çəkib.

Qeyd edək ki, “SpaceX”in “Dragon” kosmik gəmisindən fərqli olaraq, “Progress” təkrar istifadə edilə bilməz. Hazırda “Progress” kosmik gəmisi həm də nəhəng zibil qutusu rolunu oynayır.
yenisabah

Dünyapress TV

Xəbər lenti