Yüksək Texnologiyalar Nazirliyi bunun 2 gün təxirə salındığını açıqlayıb. Hayasat-1 adlandırılan peyk Ermənistanın 3 il öncə yaradılan qeyri-kommersiya qurumu, Bazumk (Bazoomq Space Research Lab) tərəfindən hazırlanıb. Bu qurum Ermənistanda kosmik fəaliyyət üçün lisenziya alan ilk özəl laboratoriyadır. Əvvəllər tələbə və məktəblilərin iştirakı ilə CubeSat adlı peyk hazırladıqları və Hindistan raketinin köməyi ilə orbitə qaldırdıqları da məlumdur. İndi hazırladıqlarının çəkisi 1 kg-dır, hər hansı xüsusi təyinatı yoxdur, ermənilər bunun sadəcə özəl məhsul olmağını vurğulayırlar. İdarəetməsini də özləri Bazumk-dan reallaşdıracaqlar. Hayasat-1 SpaceX-in Falcon-9 raketdaşıyıcısı vasitəsilə orbitə qaldırılacaq. Xatırladıram ki, Ermənistan ötən il İspaniyanın Satlantis şirkətinin dəstəyi ilə ArmSat1 müşahidə peykini də orbitə qaldırıb. Hazırda bunun idarəetmə mərkəzinin qurulması üzərində çalışırlar. Osman Gunduz Teref. Xocanın Blogu