DSMF sisteminə kənar müdaxilə olubmu ?
Bir neçə gündür ki, sosial mediada vətəndaşların pensiya hesablarına müdaxilə və oradan vəsaitlərin oğurlanması ilə bağlı yazışmalar diqqətimi cəlb edirdi.
İndi baxıram ki, Azər Nəsirov artıq ƏƏSMN qurumları ilə əlaqə saxlandığını , problemin həll olunduğunu, onların isə, baş verənlərin texniki problem olmasını bildirdiklərini açıqlayıb.
Dərhal qeyd edim ki, əgər hətta belədirsə bu çox ciddi, ağlasığmaz bir haldır.
Necə yəni texniki problem?
Dövlətin dataları ciddi qorunur, audit olunur, kənar müdaxilələrin izi qalır, dövlət datalarına, fərdi məlumatlara nəzarət edən dövlət qurumları var.
Mən bildiyim qədər bu sistemlərə giriş gücləndirilmiş imzalarla baş tutur.
Həm də , xatırladıram ki, ƏƏSMN -nin informasiya sistemləri sektorda ən öndə gedən və ciddi uğurları olan DOST İnnovasiya Mərkəzinin nəzarətindədir.
Bütün məlumatların DSMF və DVX-yə göndərilməsi işəgötürənin gücləndirilmiş imzaları vasitəsilə mümkündür. Hesabatlar, dəqiqləşmələr hamısı bu formada reallaşdırılır. Emal prosesi isə bu qurumların informasiya sistemlərində baş verir.
Vətəndaşlata məxsus vəsaitlərin dövlətə məxsus bazalardan oğurlanması haqqında məlumatların özü aydın səmada göy gurultusu olmalıdır.
Doğurdanmı deyilənlər doğrudur, kənar müdaxilə olubmu? Burada insan amili rol oynayıbmı?
Dövlət qurumları dərhal buna reaksiya verməli, ciddi açıqlamalar, izahatlar olmalıdır.
Məsul şəxslərdən hesabat sorğulanmalı, məsuliyyət tələb olunmalıdır.
Dağ boyda DSMF -in bazasına müdaxilədən söhbət gedir, konkret adlar var, pensiya hesablarından böyük məbləğlərdə pulların silinməsi , bunun texniki problemlər olmasının müzakirəsi gedir , amma qurumdan açıqlama yoxdur.
Bu yolverilməzdir.
DSMF, ƏƏSMN, XRİTDX, RİNN, İRİA, bu qurumlar hamısı baş verənlərlə bağlı maraqlı tərəflərdi. Hər birisi öz səlahiyyətləri çərçivəsində reaksiya verməlidir.
Ortada ciddi ittihamlar var.
Əsas ittiham da DSMF-yə qarşıdır.
Ümid edirəm DSMF və digər qurumlar baş verənlər və onun səbəbləri haqqında rəsmi açıqlamalar verəcəklər.
İnanmaq istərdim ki, dövlətə məxsus datalara hansısa kənar müdaxilə olmayıb, "insan amili" rol oynamayıb.
Osman Gunduz
Teref.az

Dünyapress TV

Xəbər lenti