“Tesla”nın 2023-cü ilin 2-ci rübünün nəticələri haqqında investorlarla danışan İlon Mask, şirkətinin gələcəkdə robot protezlərə keçə biləcəyini ildirib.
“Business Insider” xəbər verir ki, Mask hesab edir ki, “Tesla”da hazırlanan “Optimus” antropomorfik robotları, eləcə də “Neuralink” neyron interfeyslər sahəsindəki inkişafı, xüsusən də insan beyninə implantasiya edilmiş çiplər yeni məhsullar seriyası üçün əsas ola bilər.
“Biz inanırıq ki, inanılmaz imkanlara malik kiberbədən yarada bilərik”, - deyə Mask bildirib.
O, insanlar üçün robot bədən üzvləri yaratmaq planlarından da danışıb. Milyarder bildirib ki, insanabənzər robotlar 2024-cü ildə “Tesla” fabriklərində “faydalı bir şey” etməyə başlayacaq.