Tviterə yeni rəqib - “Threads” hansı özəlliklərə sahibdir?Yaradılıb 07.07.2023 09:42 | Baxış sayı: 185Hazırda dünyanın texnologiya gündəminin əsas mövzusu “Meta” şirkətinin qurucusu Mark Zukerberqin “Threads” tətbiqini istifadədə verməsi ilə bağlıdır.Tətbiq yeni yaranmasına baxmayaraq ilk 4 saat ərzində 5 milyondan çox insanı özünə cəlb edə bilib.Bəs, tətbiq hansı özəlliklərə sahibdir?“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Threads” tətbiqində də tviterdə olduğu kimi status paylaşmaq mümkündür.Lakin platforma həmin statusu 500 simvola qədər yazmaq imkanı verir.Tviterdə olduğu kimi burada da linklər, şəkillər və videolar da paylaşıla bilər.Həmçinin, istifadəçilər başqalarının hesablarını izləyə, onların paylaşımlarına rəy bildirə bilərlər.İstifadəçilər bir-birləri ilə ünsiyyət qura bilmək imkanına da malikdirlər.Mark Zukerberqin tviterə rəqib olaraq təqdim etdiyi “Threads” hazırda 100-dən çox ölkədə istifadə olunur. Facebook-da paylaş