Avtomobillərlə bağlı müxtəlif məzmunlar təqdim edən “Carmegheddon” YouTube kanalı fərqli layihəyə imza atıb. Bakupost.az xəbər verir ki, kanalın üzvləri dünyanın ən alçaq avtomobilini istehsal edib. Bunun üçün italiyalı qrup normal ölçüdə olan avtomobili iki hissəyə ayırıb. Kəsilən hissəyə təkər və avtomobil matoru yenidən dizayn edilərək əlavə edilib. Avtomobilə düz şəkildə minmək isə mümkün deyil. Sürücü avtomobili yanlız uzanaraq idarə edə bilər.