Çin Xalq Respublikasının Dövlət Kiberməkan İdarəsi mühüm informasiya infrastrukturunun milli operatorlarına ABŞ-ın çip istehsalçısı Micron Technology-dən məhsul almağı qadağan edib.
APA xəbər verir ki, bu barədə rəsmi strukturun saytında yerləşdirilən məlumatda deyilir.
Agentlik bazar günü bildirib ki, audit şirkətin məhsullarının milli kibertəhlükəsizliyə təhlükə yaratdığını müəyyən edib.
"Audit göstərdi ki, Micron məhsullarının şəbəkə təhlükəsizliyi ilə kifayət qədər ciddi potensial problemləri var və ÇXR-in milli təhlükəsizliyinə təsir göstərir" – məlumatda bildirilir.
Tənzimləyici bildirib ki, “Çində kritik informasiya infrastrukturu operatorları Micron məhsullarını almağı dayandırmalıdır”.