Son zamanlar İran məktəblərində uşaqların zəhərlənməsi halları daha tez-tez baş verir – ölkənin 25 vilayətindəki 230 məktəbin şagirdlərində zəhərlənmə əlamətləri qeydə alınıb.
Bunu Parlamentin Məktəblərdəki Kütləvi Zəhərlənmələrin Araşdırılması Komissiyasının üzvü Məhəmməd Həsən Əsfari deyib. Noyabr ayında Qum şəhərində 18 qızın xəsarət aldığı gündən dünənə qədərki statistika göstərir ki, 5 mindən çox məktəbli – oğlan və qızlar zəhərlənmənin qurbanı olub… Üstəlik, qızlar arasında bu göstərici daha yüksəkdir.
Vəziyyət o qədər qorxuludur ki, ölkə prezidenti İbrahim Rəisinin göstərişi ilə İran hakimiyyəti araşdırma aparmaq üçün işçi qrupu yaradıb, onun işində təhlükəsizlik və hüquq-mühafizə orqanları və ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edəcək. Amma zəhərlənmələrin səbəblərində ciddi fikir ayrılıqları var: Səhiyyə Nazirliyinin rəsmiləri hesab edir ki, bir sıra zəhərlənmələr “xarici qüvvələr tərəfindən təşkil edilmiş qəsdən törədilən aksiya ola bilər”.
Parlamentarilər azot zəhərlənməsindən danışır, media isə bibər qazından və yanacaq tankerlərinin tüstülərindən çıxan qazdan danışırlar. Üstəlik, qəribə də olsa, məktəb yeməkxanalarında keyfiyyətsiz yemək versiyaları yoxdur.