StudyFinds-in məlumatına görə, Avstraliyada alimlər böyük cərrahi müdaxilə olmadan insan orqanizminin içərisində canlı hüceyrələrin 3D çapı üçün prototip cihazı təqdim ediblər.
"DogruXeber.az" "Ntv.ru"ya istinadən bildirir ki, Yeni 3D bioprinter yalnız kiçik bir kəsiklə biomaterialları hədəf toxuma və orqanlara çatdırmağa qadirdir.
Robot artıq, süni kolon daxilində sınaqdan keçirilib. Burada o, qapalı məkandan keçə bilib, bundan sonra orqanların səthində 3D materialları uğurla çap edib.
Alimlərin fikrincə, belə texnologiya beş-yeddi il ərzində həkimlərə kiçik dəri kəsikləri və ya təbii dəliklər vasitəsilə bədən daxilində çətin əldə edilən nahiyələrə daxil olmağa kömək edəcək.
Orqan çap etmək üçün əvvəlcə kompüterdə dizayn edilir. Bundan sonra bioprinterdə xüsusi soyudulmuş şprisdən bioink çıxır - bu, gələcək orqanın hüceyrələri ilə qarışdırılmış protein əsaslı hidrogeldir.