Orqanizmdən toksinləri çıxara bilən pendir növü istehsal olunub. Bakupost.az xəbər verir ki, Rusiya Biotexnoloji universitetin alimləri qara mərmər pendir əldə edib. Pendirə aktivləşdirilmiş kömür qatılıb. Onlar bildirib ki, bu məhsul xüsusi istiqamətlidir, müalicəvidir. “Bu pendir orqanizmi, mədə-bağırsaq sistemini təmizləyir, bütün orqanizmə müalicəvi təsir edir. Pendirdə olan kömür toksin, zərərli maddə, qazları çıxarır, diareyanın qarşısını alır, köpü götürür. Qara kömür pendirin dadını dəyişmir, pendir həmişəki qaydada sadəcə pendirdir. Qiyməti də adi pendirdən çox fərqlənməyəcək. Pendirin reseptində təbii, yerli inqridiyentlərdən istifadə olunub. Kütləvi istehsal üçün güclü istehsalat avadanlığı olan müəssisəyə ehtiyac var”.