Kot-d'İvuarda naməlum xəstəlik 10-dan çox uşağın ölümünə səbəb olubYaradılıb 27.01.2023 08:50 | Baxış sayı: 89Kot-d'İvuarın mərkəzində yerləşən kənddə son iki ayda azı 12 uşaq naməlum xəstəlikdən ölüb."Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.Kpo-Kahankro kəndində ölənlərin yaşının birdən səkkiz yaşına qədər olduğu bildirilir.Mütəxəssislərin toxuma nümunələri üçün götürdüyü analizlər hələ ki xəstəliyin səbəbini müəyyən etmək imkanı verməyib. Facebook-da paylaş