Azərbaycanda da geniş yayılan II tip diabetin ətlə bağlı olduğu üzə çıxıb.
“Medicina” xəbər verir ki, alimlər diabeti ət məhsullarında olan konservantlar səbəbindən orqanizmdə baş verən problemlər siyahısına salıb.
Konsertvantlar sosis, kolbasa, qaxac ət, konserv və s. ət məhsullarının rəf ömrünü artırmaq, rəngini dadını qorumaq üçün qatılan süni qatqılardır.
Bu maddələrin xərçəng və ürək xəstəliyinə səbəb olması da sübut olunub.
Son elmi araşdırmalar nitritlərin diabetin inkişafında da vasitəçi olduğunu hər gün sübut edir.
Yeni elmi tədqiqat göstərib ki, kolbasa,sosis və bekona xarakterik qırmızı rəng verən konservant II tip diabeti yaradır.
Bu tədqiqatlar bir daha emal edilmiş ət məhsullarının qidada daha az istifadə olunmasının vacibliyini göstərir.
Nitritlər eyni vaxtda bir neçə ağır xəstəliyin, o cümlədən xərçəngin səbəblərindən biridir.
Salyami, paştet, vetçina kimi qidalarda olan nitritlər əslində təbiət üçün zərərsizdir, amma orqanizmdə çox miqdarda orqanizmdə toplandıqda nitrozamin adlı təhlükəli maddəyə çevilir.
Həkim endokrinoloq Antonina Qureyeva bildirib ki, müasir insanlar uzun illərdir nitritlərlə zəngin qidalar yedikləri üçün II tip diabet riski qazanıblar.
Fransa alimləri geniş masştablı araşdırmada 104 min insanı müşahidə edərək bu qənaətə gəliblər ki, rasionunda nitritlər çox olan insanlarda diabet daha çox yaranıb.
“İnsanlar əslində belə qidaları yeməyə bilər. Əti normal təzə halda alıb, evdə yeməklər bişirmək daha sağlamdır. Un,şirniyyat və belə məhsullar 40 yaşdan sonra diabeti artırır”.