Orqanizmdə iltihab yaradan ərzaqlar həm də trombotik vəziyyətlərə səbəb olan faktorlardan biridir.
“Medicina” xəbər verir ki, dünyada ən çox tromb yaranma faktı xəstəxanadan çıxandan sonrakı 90gün ərzində olur. Eləcə də bir çox qidalar dərin venaların iltihabi proseslərinə səbəb olur. Kardioloq Oleq Varfolomoyev 2 dietik qidanın ən pis tromb yaradan qida olması barədə açıqlama verib.
“Qida, iltihab və tromb arasında əlaqənin olması çoxdan sübut olunub. İltihab qanın laxtalanmasını artırır. Sitokinlər təbii antikoaqulyant mexanizmini basdırır.
İnsanlar nişasta, duz və şəkərlə zəngin qidalardan uzaq durmalıdır.
Ən pis ərzaqlar isə qazlı şirin içkilər və konfetlərdir. Qazlı içkini içməyin mənası yoxdur. Əgər ürəyiniz şirniyyat istəyirsə, bir qədər təbii tünd şokolad, qoz, bal, kişmiş, meyvə yeyə bilərsiz.
Çayı konfetlə içməyə gərək yoxdur. Qanda yüksək səviyyədə qlükoza tromb əmələ gəlməsini stimulə edir, eləcə də təbii olaraq damarlardakı trombun əriməsinin qarşısını alır. Konfet çox yeyənlərin damarlarında artıq miqdarda tıxanmalar olur. Bu tıxaclar incə, iltihablı və yumşaq olduqda, parçalanıb, tromb əmələ gətirə bilər”.