Moskvada 16 yaşlı oğlan yuxusuzluqdan ölüb
Moskvada 16 yaşlı oğlan nadir rast gəlinən yuxusuzluq xəstəliyindən dünyasını dəyişib.

APA-nın Moskva müxbiri xəbər verir ki, yeniyetmə sağalmaz irsi xəstəlikdən - ölümcül ailə yuxusuzluğundan əziyyət çəkib.

Uşağın meyiti Yujnobutovskaya küçəsindəki mənzildə tapılıb.

Qeyd edək ki, ölümcül ailə yuxusuzluğundan əziyyət çəkən insanın ölməsi qaçılmazdır. Ümumilikdə dünyada bu təhlükəli xəstəlikdən əziyyət çəkən 40 ailə qeydə alınıb. Ölümcül ailə yuxusuzluğu yeniyetməlik dövründə başlaya bilər, lakin daha çox 50 yaşından sonra müşahidə olunur. Bu xəstəliyi olan insan altı aydan üç ilə qədər yuxusuzluqdan əziyyət çəkir, sonra isə ölür. Adətən, ölümcül ailəvi yuxusuzluğun son mərhələlərində insan artıq yata və danışa bilmir, ətrafda baş verənlərə reaksiya vermir və tez çəki itirir.
 

Dünyapress TV

Xəbər lenti