Professordan yayılan infeksion xəstəliklərlə bağlı AÇIQLAMA
“Pandemiya təcrübəsindən bir mədəniyyət nümunəsi kimi istifadə edilməlidir”.

DİA.AZ bildirir ki, bunu son vaxtlar xüsusən uşaqlar arasında kəskin şəkildə artan qrip və digər respirator infeksiyaların artmasına münasibət bildirən tibb elmləri doktoru, professor AdilQeybulla Yenicag.az-a açıqlamasında deyib.

Professor qış fəsli ilə əlaqədar infeksion xəstəliklərin yayılmasını təbii hal kimi dəyərləndirib:

“Qış fəslində respirator infeksiyaların xüsusi çəkisi həmişə artır. Bu hər zaman belə olub. Pandemiyadan əvvəlki dövrlərdə də… Hazırda qrip virusu və digər respirator infeksiyaların müxtəlif təzahürləri tüğyan edir. Biz konkret olaraq bunun hansı virusa aid olduğunu deyə bilmərik. Amma pandemiyada xeyli təcrübə əldə etmişik və hesab edirik ki, bu təcrübədən bir mədəniyyət nümunəsi kimi istifadə edilməlidir. İnsanlar bir-birini qorumalıdır, bunun üçün məsafə saxlanması, gigiyena qaydalarına əməl edilməsi şərtdir. Yaxşı olardı ki, xəstələr yataq rejiminə keçsinlər, çoxlu maye qəbul etsinlər. Buna əməl etsək, yoluxma arealını da azalda bilərik”.

A.Qeybulla bu viruslarla bağlı məlumatların verilməsinin rəsmi qurumların səlahiyyətinə aid olduğunu vurğulayıb:

“Bu gün yayılan infeksiyaların identifikasiyası ixtisaslaşmış laboratoriyalara getməli və rəsmi qurumlar bununla bağlı informasiya verməlidir. Bizim dediyimiz mücərrəd rəy düzgün olmaz. Çünki respirator infeksiyaları törədən xeyli sayda viruslar var. O cümlədən qrip virusu da daxil olmaqla”.

Dünyapress TV

Xəbər lenti