"Əhali 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin 11 ayında dərman alışına 110 milyon manatdan çox pul xərcləyib"
"Azərbaycanda qrip virusunun geniş yayıldığı indiki zamanda diqqətinizi dərman mafiasının fəaliyyətini xarakterizə edən fakta cəlb etmək istəyirəm. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana 2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 21941,7 ton və 424167,9 milyon dollarlıq dərman vasitələri gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə miqdarca 35 faiz, məbləğcə isə 29,7 faiz çoxdur". Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, həmin dövrdə əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə pərakəndə ticarət dövriyyəsi 969,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur: "Nəzərə alsaq ki, Azərbaycanın əzcaçılıq məhsullarına olan tələbatının yalnız 1,2 faizi yerli istehsal hesabına ödənilir, onda burden 2 nəticə çıxır. Birincisi, idxal qiymətləri ilə müqayisədə pərakəndə satış qiymətləri 34,4 faiz baha olub. Bu o deməkdir ki, topdansatış səbəkələri apteklərlə birlikdə 11 ay ərzində dərman satışından təxminən, 250 milyon manat qazanc əldə edib. İkincisi isə, əhali ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin 11 ayında dərman alışına 110 milyon manatdan çox pul xərcləyib".
Partiya sədri əlavə edib ki, Tarif Şurasının dərman monopoliyası ilə iş birliyindən idxalatçılar, depolar və apteklər qazanıb, əhali isə itirib.