Fransada “Parasetamol”un onlayn satışına qadağa qoyuldu
Fransa hökuməti “Parasetamol” əsaslı dərmanların onlayn satışını dayandırıb.

Hakimiyyət tərəfindən bu ayın sonuna qədər “Parasetamol”un satışı qadağan edilib. Buna səbəb isə tədarük zəncirinin pozulmasıdır.

Məlumata görə, tibbi dərmanın onlayn satışı müvəqqəti olaraq dayandırılıb. Son tarix bu ilin 31 yanvarıdır. Hazırda tərkibində “Parasetamol” olan dərmanların tədarükü ilə bağlı gərgin vəziyyət yaranıb. Bu tendensiya ölkədə altı aydan çoxdur ki, davam edir. Bundan əvvəl də Fransa hakimiyyəti problemin həlli üçün müəyyən addımlar atıb. Lakin hələlik müsbət nəticə əldə edilməyib.

Daha əvvəl ÜST-ün verdiyi açıqlamada Qərb əczaçılıq şirkətlərinin “Parasetamol” əsaslı dərman çatışmazlığı ilə qarşılaşdığı bildirilib. Bu, qrip xəstəlikləri dalğası səbəbindən dərmana tələbatın yüksək olması ilə əlaqələndirilib.

Mənbə: Novostivl.ru

Dünyapress TV

Xəbər lenti