Elm adamları epigenetikanın xərşəng xəstəliyinin yaranışındakı gizli rolunu anlamağa dair daha bir addım atıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər veri ki, İngiltərədəki “İnstitute if Cancer Research”də (Xərçəng Araşdırmaları İnstitutu) aparılan araşdırma xərçəng təşxis və müalicəsində önəmli yeniliklərə qapı açır. Epigenetika hüceyrələrdəki DNT düzülümü dəyişmədən hansı genlərin aktiv oalcağının, həmin adamın davranışlarına və çevrə faktolarına görə dəyişməsini analiz edən bir sahənin adıdır.
Araşdırmaçıların hədəfi test və müalicələri fərdiləşdirməkdir. Genetika deyildikdə, ağıllara DNT kodlarının nəsildən-nəsilə ötürülərkən dəyişməsi gəlir.
Bu günə qədərki araşdırmalar da, bu üzdən, bütövlükdə, həmin prosesdə yaranan mutasiyaların xərşəng yaranışını necə tətikləməsini analiz edirdi.
Fəqət son illərdə necə işləməsi tam olaraq çözülməmiş epigenetikanın da bu sahədə önəmli rol oynadığı anlaşıldı. Epigenomumuz illər içində harada və necə yaşamamıza görə dəyişir.
Londondakı Xərçəng Araşdırmaları İnstitutunda yer alan Təkamül və Xərçəng Mərkəzinin direktoru Professor Trevor Qraham “Xərçəngi anlamaqda yeni bir səddi aşdıq” deyir.
“BBC”yə danışan Qraham hər bir hüceyrədə DNT-lərin fərqli bir şəkildə fırlana bildiyini və bunun da hansı genlərin aktiv olacağına təsir etdiyini söyləyir. Genlərin necə dolanmasının xərçəngin necə davranacağını bəlli etməkdə çox önəmli olduğu anlaşıldı.
Prof. Qraham “Bu kəəşf bu gündən-sabaha xərçəng müalicəsini dəyişdirəcək bir şey deyil, ancaq yeni sağalma yöndəmlərinin irəlilədilməsində fürsət ola bilər”, deyir.
Döşə xərçəngi ehtimalını artıran BRCA kimi mutasiyalara yönəlik gen testləri bir nəfərin, sadəcə o sınaqda analiz edilən xərçəng növünə meyilli olduğu haqqında bilgi təmin edir.
Trevor Qraham “Həm genetik, həm epigenetik dəyişimləri analiz edərək həmin adamda daha gözəl işləyəcək fərdiləşdirilmiş xərçəng sağalmaları inkişaf etdirə bilərik”, – deyə söyləyir.
İki məqalə halında “Nature” (Təbiət) dərgisində yayımlanan araşdırmanın ilk məqaləsində 30 bağırsaq xərşəngi təşxislərindən 1300 örnək təhlil edilib.
Bu araşdırma xərçəngli hüceyrələrdə epiqenetikanın dəyişiklərin çox yayğın olduğunu və bunun xərçəngli hüceyrələrin digərlərinə müqayisədə sürətlə böyüməsinə də qatqı verdiyini ortaya qoyub.
İkinci məqalədə isə bir şişin fərqli yerlərdən alınmış çoxsaylı örnəkləri analiz edilib.
Bu araşdırmada da xərçəngli hüceyrələrin böyüməsinin, bütpvlükdə DNT mutasiyalarından başqa faktorlar tərəfindən kontrol edildiyi görülüb.
Araşdırmaçılar epigenetik dəyişimlərin xərçənlərin davaranışını birbaşa dəyişdirməsinə dair bir isbat əldə edə bilmədiklərini, bunu göstərmək üçün daha çox araşdırma edilməsinin gərəkliliyini vurğulayıblar.
Tərcümə: Arzu Sayadoğlu