Bu xəstəliyə yoluxan insanlar 10 gün ərzində ölür
Beyin yeyən “Naegleria Fowler” amöbü gənclər üçün böyük təhlükə yaradır.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssislər məlumat yayıb.
Bildirilib ki, ən çox yoluxma halı xəstəliyin əsrin əvvəllərində özünü göstərdiyi ABŞ-da qeydə alınıb. Ən çox bilinən infeksiyalar normal sağlamlıq vəziyyətində olan gənc kişi və qadınlarda baş verib.
Qeyd olunub ki, virusun inkubasiya dövrü 3 gündən 7 günə qədərdir. Bu vəziyyətdə xəstə baş ağrısı, boğaz ağrısı, ürəkbulanma və qoxu itkisindən əziyyət çəkə bilər. Ölüm isə 10 gün ərzində baş verə bilər.
Xatırladaq ki, dekabrın 26-da Cənubi Koreyada ilk dəfə olaraq “Naegleria Fowler” amöbünə yoluxma halı qeydə alınıb. Məlum olub ki, yoluxmuş xəstə evə qayıtmazdan əvvəl dörd ay Taylandda yaşayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti