Roma Papası Fransisk bu gün dəfn olunur
Bu gün İtaliyanın paytaxtında Papa Fransisklə vidalaşma mərasimi keçiriləcək.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu səhər Vatikandakı Müqəddəs Pyotr meydanı yenidən ziyarətçilər üçün açılıb - məhz burada bir neçə dildə ayin keçiriləcək. Kilsə xidmətini yerli vaxtla saat 9:00-da kardinallar kollegiyasının dekanı Covanni Battista Re başlayacaq.
1745644142_3.jpg
Mərasimdə bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir. Bir saat yarım davam edəcək ayindən sonra pontifikin cəsədi olan tabut Müqəddəs Pyotr kilsəsinə gətiriləcək, oradan da matəm qəfiləsi başlayacaq.
1745644142_2.jpg
Dəfn yerinə gedən marşrut Romanın mərkəzindən keçəcək. Qəfilə Venesiya meydanı, Roma Forumu və Kolizeyin yanından keçəcək və günorta vaxtı Santa-Maria-Maggiore kilsəsinə çatacaq. Dəfn mərasiminin özü ictimaiyyətin iştirakı olmadan keçiriləcək. Mərasimi küçədən və şəhərdə quraşdırılmış böyük ekranlardan izləmək mümkün olacaq.
 

Dünyapress TV

Xəbər lenti