Necə sağlam qocala bilərik?
İki saatlıq televizora baxmağı yüngül fiziki fəaliyyətlə əvəz etmək sağlam qocalma şansınızı artırır.

"DogruXeber.az" xəbər verir ki, bunu "JAMA Network Open" jurnalında dərc olunan araşdırma göstərib.

Alimlər 45 min xəstədən 20 il ərzində toplanmış məlumatları təhlil ediblər. Gündəlik oturaq vəziyyətdə televizora baxmaq hər iki saatdan bir sağlam qocalma şansını 12% azaldır. Onların iki saatlıq yüngül fiziki fəaliyyətlə əvəz edilməsi sağlam qocalma ehtimalını 6% artırıb.

Gecə yeddi saatdan az yatan insanlar, hətta bir saat televizora baxmağı bir saatlıq fiziki fəaliyyətlə əvəz etdikdə belə, eyni inkişafa nail olublar.

Daha çox televizora baxan iştirakçılar orta hesabla yaşlı, daha az təhsilli, siqaret çəkən və ya spirtli içki qəbul edən, hipertoniya və piylənmədən əziyyət çəkən və daha pis qidalanan insanlar olub. 

Digər tədqiqatlar hesab edir ki, 69 yaşdan yuxarı yaşlıların yalnız 10-35%-i “sağlam qocalmağa” nail olur.

Dünyapress TV

Xəbər lenti