“Shokki- Mokki” şokalad yağının tərkibində olan bu maddələr ziyan vururmu?
Uzun illərdir “Shokki- Mokki” şokalad yağının istifadəsi və reklamı davam edir.

Bizimxeber.az bildirir ki, qiyməti diğər şokalad yağlarından baha olan “Shokki mokki”-nin tərkibindəki müsbət inqridentlərlə yanaşı, uşaqlar üçün ziyanlı maddələrin olmasını da qeyd etmək lazımdır.

Yəni sağlamlığında müəyyən qüsurlar olan uşaqlarla bu yağların verilməsi ciddi fəsadlara gətitib çıxara bilər.

Bəli, “Shokki- Mokki” şokaladlarının tərkibində fındıq, bol kakaolu süd olduğu deyilir. Amma bu quru süddür və başqa maddələr də mövcuddur.

Diqqət edin!

Quru süd – bir çox hazır qidanın istehsalı zamanı süd tozu istifadə edilir. Son illərdə süd tozunun tərkibinə protein miqdarını daha da artırmaq üçün melamin adlı kimyəvi maddə qatılır. Bu maddə neft-kimya məhsuludur və plastik istehsalında istifadə edilir və xərçəng xəstəliyi səbəbidir. Melamin süd tozuna qatıldıqda südün sahib olduğu protein dəyəri artır.

Soya lesitini - Geni dəyişdilmiş soyadan əldə edilir. Dünyada geni dəyişdirilməmiş soya yoxdur. Bir çox allergiyalara səbəb olur. Araşdırmalar nəticəsində soyanın insanlarda hormonal tarazlığı pozduğu, mineral maddələrin bədən tərəfindən udulmasına mane olduğu görülmüşdür. Elmi araşdırmalar zamanı soya qatqılı qidalarla qidalanan uşaqlarda estrogen hormonunun yetkinlik yaşına çatmış qadınların estrogen hormonu ilə eyni miqdarda olduğu ortaya çıxmışdır.

Qaynaq : Setchell KDR, Zimmer-Nechemias L, Cai J et al. Exposure of infants to phyto-estrogens from soy-based infant formula. Lancet. 1997:350: 23-7.

Sadəcə soya qatqılı qidalarla qidalanan uşaqların qəbul etdiyi estrogen hormonu ən az 5 hormonal dərmana bərabərdir.

Son illərdə qız uşaqlarının yetkinlik dövrünə tez çatması da bununla əlaqədardır.

Qaynaq : Irvine C, Fitzpatrick M, Robertson I, Woodhams D. The Potential Adverse Effects of Soybean Phytoestrogens in Infant Feeding, N Z Med J. 1995:24;108(1000):208-9.
 

Dünyapress TV

Xəbər lenti