Vəhşi heyvanların çirkli arxlardan, gölməçələrdən su içdiyini tez-tez sənədli filmlərdə görmüşük. Təbii olaraq ağlımıza gələn ilk şey onların xəstələnməmə səbəbidir... Bizimyol.info xəbər verir ki, "webtekno"nun dərc etdiyi yazıda: "Təmiz su insan sağlamlığımız üçün vacibdir. Ancaq vəhşi təbiətdə yaşayan heyvanlar çaylar və göllər kimi daha çox çirklənmiş su mənbələrindən su içirlər", deyə qeyd edilir.
Bəs, necə olur ki suyun içindəki mikroblar onlara zərər vermir?
Heyvanlar çox vaxt tək bir su mənbəyindən asılı olur
Alternativ variantları olmadığı üçün keyfiyyətindən asılı olmayaraq yaşadıları məkanda olan sudan içməli olurlar. Daim eyni tipli mikroblara məruz qaldıqları üçün zamanla bu cür su mənbələrinə qarşı dözümlülük inkişaf etdirə bilirlər.
Ancaq su mənbəyinin qəfil dəyişməsi tarazlığı poza, xəstəliyə və ya ölümə səbəb ola bilər.
Kim dedi ki, bütün su mənbələri çirklidir?
Bir çox insanlar vəhşi təbiətdəki su ehtiyatlarının çox çirkli olduğunu düşünür, lakin real vəziyyət o qədər də dəhşətli deyil. Su mənbələrində bəzi bakteriyalar olsa da, onlar ümumiyyətlə insan və ya heyvan sağlamlığı üçün təhlükəli ola biləcək qədər konsentrasiyalı deyillər.
Bundan əlavə, heyvanlar su ehtiyatlarından istifadə etməkdə insanlardan daha bacarıqlıdır. Onların inkişaf etmiş qoxu qabiliyyəti onlara potensial zərərli bakteriyaları ehtiva edən suyu aşkar etməyə kömək edir.
Biz təkamül prosesini unutmamalıyıq
Təkamül prosesi çirkli su içə bilən heyvanların sağ qalmasına və çoxalmasına imkan verir və bu qabiliyyətləri sonrakı nəsillərə ötürməyə imkan verir. Beləliklə, burada təbii seçmə nümunəsi verə bilərik: Müəyyən mikroorqanizmlərin öhdəsindən gəlmək qabiliyyətini yaxşılaşdıran heyvanlar, yaşamaq şanslarını artırır.
Heyvanlar, insanlar kimi, su ilə yoluxan patogenlərdən təsirlənə bilər
Ancaq televiziya qarşısında onların xəstəliyini görə bilmirik. Beləliklə, çox vaxt onların sağlam olduqlarını düşünürük, elə deyilmi? Reallıqda vəziyyət düşündüyümüz kimi olmaya bilər. Beləliklə, bəli, vəhşi heyvanlar çirkli su içib sağ qala bilərlər, lakin bu, onların həmişə sağlam olduqları demək deyil.