Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki -
Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır.

Faydalarını təqdim edirik:

Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir.

Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir. Qurudulduqda da öz zəhərli təsirini itirmir. Bitkinin toksiki təsiri o qədər də güclü deyil, xoşagəlməyən iyə malik olduğu üçün heyvanlar onu yeməkdən çəkinir.

Bütün iri yarpaqları və çətiri çiçəkləmə fazasından (iyul-sentyabr) payıza qədər toplanılır. Xammal yalnız quru havada toplanılmalıdır. Yarpaqları şeh olduqda, digər göbələk xəstəliklərində, həşəratlarla çirkləndikdə, tozcuq və çirkli havada toplamaq olmaz. Təkrar toplanılma 2 ildən sonra mümkündür. Bütün orqanları zəhərli olduğundan bitkini topladıqda oldquqca ehtiyatlı olmaq lazımdır. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında 5-7 gün və ya 40-45ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Quru xammal olan yarpaqlarının çıxım faizi 16-18% olur.

Özünəməxsus kəskin iyli və güclü rütubətalıcıdır.

Xammalı B siyahısında saxlanılır. Yarpaqları quru yerdə kisələrdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Bütün orqanlarında tropan alkaloidləri vardır. Köklərində 0,15-0,18%, yarpaqlarında (0,04-0,16%) gövdəsində 0,02%, toxumlarında 0,10% alkaloidlər tapılmışdır. Alkaloidlərin əsasını hiosçiamin və skopolamin təşkil edir. Bundan başqa tərkibində - hiosçikipirin, tiosperin, hiospirezin adlı təbii qlükozidlər vardır. Toxumlarının tərkibində 34% piyli yağ tapılmışdır.

Spazmalotik, M-xolinoblakatr, analgetik və yerli keyləşdirici dərmanlar.

Bağırsağın, bronxların saya əzələlərini iflic edir, ödyolu, sidikyolu əzələlərini boşaldaraq spazmı aradan götürür. Vəzi şirəsinin ifrazını tormozlayaraq selik və mədə şirəsini azaldır.

Köklərindən hazırlanan yağ nevrologiya və nevritlərdə, yarpaqlarından hazırlanan “astmatol” və “astmatin” isə astma xəstəliyinin müalicəsində təyin edilir.

Titrimetrik metodla hiosçiamin alkaloidi 0,05%, nəmliyi 14%, ümumi kül 20%, 10% xlorid turşusunda həll olunmayan kül 10%, qaralmış hissəciklər 3%, digər hissəciklər 5%, 3 mm diametrində olan hissəciklər 8%, üzvi maddələr 1%, mineral maddələr isə 1% -dən çox deyildir. \\Saglamolun.Az
 
 
 

Dünyapress TV

Xəbər lenti